Bu ölkədə koronavirusa görə maska taxmaq məcburiyyəti aradan qaldırıla bilər

22:48 | 25 May, 2020

Polşada koronavirusa qarşı maska taxmaq məcburiyyəti aradan qaldırıla bilər.

Editor.az AZƏRTAC-a istinadən bildirir ki, bunu Polşanın Səhiyyə naziri Lukaş Şumovski mayın 25-də mətbuata verdiyi müsahibəsində bildirib. O qeyd edib ki, ölkənin üç vilayətində gündəlik yoluxma əmsalı ortalama 1-dən də aşağıdır və maska taxma məcburiyyəti artıq yoxdur.

Nazir əlavə edib ki, bu müsbət tendensiya davam edərsə toy və digər böyük yığıncaqların keçirilməsinə də icazə verilə bilər.

Polşada koronavirusa yoluxma sayı 21 min 440 nəfərdir. Son bir sutkada isə yeni yoluxma halı qeydə alınmayıb. Ümumi ölüm sayı isə 996 nəfər təşkil edir.

Mövzunu Facebookda şərh et