Türkiyədə təyyarə və qatar biletlərinin satışına başlanıb

23:20 | 25 May, 2020

Türkiyədə COVID-19 pandemiyası ilə əlaqədar dayandırılan dəmir yolu, sürətli qatar və təyyarə reysləri bərpa edilir.

Editor.az AZƏRTAC-a istinadən bildirir ki, bu gündən etibarən ölkədə dəmir yolu və sürətli qatar biletlərinin satışına başlanıb. Türkiyədə dəmir yolu səfərlərinin mayın 28-dən, aviareyslərin isə iyunun 4-dən etibarən başlaması nəzərdə tutulur.

Biletlər ilkin mərhələdə yalnız onlayn sistemlə satılacaq.

Səfərlər qabaqlayıcı tədbirlər çərçivəsində baş tutacaq.

Mövzunu Facebookda şərh et