Müşfiqabadda dəhşətli qəza: 5 ölü, 2 yaralı

10:19 | 26 May, 2020

Bakı-Şamaxı yolunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Editor.az APA-ya istinadla bildirir ki, hadisə Müşfiqabad qəsəbəsi ərazisində qeydə alınıb.

Belə ki, iki avtomobilin toqquşması nəticəsində 5 nəfər ölüb, iki nəfər ağır xəsarət alıb.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Mövzunu Facebookda şərh et