Rusiyada vertolyot qəzası: ölənlər var

10:27 | 26 May, 2020

Rusiyanın Çukotka muxtar dairəsində “Mi-8” hərbi vertolyotunun sərt enişi zamanı 4 nəfər həlak olub.

Editor.az APA-ya istinadla bildirir ki, hadisə Anadırada yerləşən Kömür Mədənləri hava limanında baş verib. Hərbi vertolyot qəzaya uğradıqdan sonra güclü yanğın baş verib.

Çukotka rəsmi dairələrindən bildirilib ki, ilkin məlumata görə, vertolyotun qəzaya uğramasına texniki problemlər səbəb olub.

Vertolyotun 15 metr hündürlükdən yerə çırpıldığı bildirilib.

Yanğın söndürüldükdən sonra “M-8″in qara qutusu aşkar edilib. Qutunun hər hansı zədə almadığı bildirilir.

Mövzunu Facebookda şərh et