Moskvada koronavirusdan daha 76 nəfər ölüb

10:30 | 26 May, 2020

Rusiyanın paytaxtı Moskvada son sutka ərzində koronavirusdan daha 76 nəfər ölüb.

Editor.az Trend-ə istinadən bildirir ki, bu barədə Moskvada koronavirusla əlaqəli vəziyyətin monitorinqi üzrə operativ qərargahdan bildiriblər.

Məlumatda deyilir: “Moskvada pnevmoniya diaqnozu qoyulan və koronavirus infeksiyası aşkarlanmış 76 xəstə dünyasını dəyişib”.

Ümumilikdə paytaxtda COVİD-19 virusuna 353 427 nəfər yoluxub, 3 633 nəfər ölüb, 118 798 nəfər isə sağalıb.

Mövzunu Facebookda şərh et