Britaniyada bəzi mağazalar açılır

11:43 | 26 May, 2020

Britaniyada qeyri-ərzaq dükanları iyun ayının 15-dən fəaliyyətlərini bərpa edə bilər.

Editor.az Trend-ə istinadən bildirir ki, bu barədə ölkənin baş naziri Boris Conson brifinqdə deyib.

Qeyri-ərzaq dükanlarının açılışı 23 martda koronavirus pandemiyası səbəbindən tətbiq edilən karantin yumşaldılmasının ikinci mərhələsində nəzərdə tutulub.

Baş nazir, həmçinin 1 iyun tarixindən ibtidai məktəblərin hazırlıq, birinci və son (altıncı) siniflərindən olan uşaqların təhsilə qayıdacaqlarını təsdiqləyib.

Mövzunu Facebookda şərh et