backend

Polis Bərdə və Cəlilabadda əməliyyat keçirdi – 32 kiloqram narkotik aşkarlandı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları Bərdə və Cəlilabad rayonlarında əməliyyat keçirib.
Daxili İşlər Nazirliyindən  verilən məlumata görə, əməliyyat tədbirləri nəticəsində Cəlilabad rayonu ərazisində şəhər sakini, əvvəllər məhkum olunmuş Əli Piriyevdən 19 kiloqram 705 qram tiryək götürülüb.
Həmin gün Bərdənin Kürdborakı kənd sakini Taleh Hüseynovun həyətinə baxış zamanı oradan kultivasiya yolu ilə yetişdirilmiş 1 ədəd çətənə kolu, habelə evindən 13 kiloqram 430 qram marixuana aşkar edilərək götürülüb.