FİFA qadın futbolçuları zorlayan federasiya prezidentini cəzalandırdı

17:37 | 26 May, 2020

Haiti Futbol Federasiyasının prezidenti Yves Jan-Bart 90 gün müddətinə vəzifəsindən uzaqlaşdırılıb.

Editor.az apasport.az-a istinadən bildirir ki, buna səbəb onun qadın futbolçuları təcavüz etməsi iddiasının ortaya atılmasıdır.

Jan-Bart Haitinin qadınlardan ibarət millisinin bir neçə oyunçusunu zorlamaqda ittiham olunur. Hazırda bununla bağlı istintaq davam etdirilir. FİFA da istintaq müddətində onun səlahiyyətlərini yerinə yetirməməsini məqsədəuyğun bilib. Jan-Bart qarşıdakı 3 ay ərzində prezidentlik vəzifəsini icra edə bilməyəcək.

Qeyd edək ki, Yves Jan-Bart 20 ildir Haiti Futbol Federasiyasına rəhbərlik edir.

Mövzunu Facebookda şərh et