Rusiyanın ilk Energetika naziri koronavirusdan vəfat etdi

17:47 | 26 May, 2020

Rusiyanın ilk Energetika naziri Vladimir Lopuxin 68 yaşında yeni növ koronavirus (COVID-19) infeksiyasından vəfat edib.

Editor.az APA-ya istinadən bildirir ki, bu barədə onun dostu, yazıçı Denis Draqunski “Facebook”da bildirib.

Qeyd edək ki, V. Lopuxin Rusiyanın sabiq Prezidenti Boris Yeltsinin prezidentliyi dövründə – 1991-92-ci illərdə ilk hökumətin tərkibində Rusiyanın Energetika və Yanacaq naziri vəzifəsini icra edib. O, istefa verdikdən sonra bank və kommersiya təşkilatlarında aparıcı vəzifələrdə çalışıb.

Mövzunu Facebookda şərh et