Çobanı gödəkçəsində gizlənmiş gürzə sancdı

22:36 | 26 May, 2020

Zaqatalada 46 yaşlı çobanı ilan sancıb.

Editor.az qafqazinfo-ya istinadən xəbər verir ki, rayonun Suvagil kənd sakini, 1974-cü il təvəllüdlü Nəcəf Sahid oğlu Balayev yaşadığı kəndin ərazisində çöllük sahədə mal-qara otarıb. Əyninə gödəkçə geymək istəyən zaman gödəkçənin qolunda gizlənən gürzə ilanı onun sol əlindən sancıb.

Nəcəf Balayev yaxınları tərəfindən Zaqatala Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Xəstəxananın cərrahiyyə şöbəsində Nəcəf Balayevə lazımi tibbi yardım göstərilib, ilan zəhəri əleyhinə zərdab vurulub.

Onun vəziyyətinin orta-ağır olduğu bildirilir.

Mövzunu Facebookda şərh et