21-ci əsrdə bunu bacaran olmamışdı

22:42 | 26 May, 2020

Almaniya Bundesliqasının 27-ci turunda keçirilən “Maynts” – “Leypsiq” matçı (0:5) qonaqların futbolçusu Timo Verner üçün əlamətdar olub.

Editor.az qol.az-a istinadən xəbər verir ki,görüşdə het-trik edən almaniyalı hücumçu rekorda imza atıb. Verner 21-ci əsrdə Bundesliqada bir mövsümdə eyni komandaya qarşı iki oyunda het-trik edən ilk futbolçu olub.

24 yaşlı hücumçu Bundesliqada mövsümün ilk dövrəsində “Maynts”ı 8:0 hesabı ilə məğlub etdikləri oyunda da 3 qol vurmuşdu.

Qeyd edək ki, Bundesliqada sonuncu dəfə bunu 1998/99 mövsümündə “Bayer”in futbolçusu Ulf Kristen bacarmışdı. Keçmiş hücumçu Münhenqladbax “Borussiya”sı ilə bir mövsümdəki iki oyunda da het-trik etmişdi.

Mövzunu Facebookda şərh et