Gəncədə usta “KamAZ”ın yük yerinin altında qaldı

22:58 | 26 May, 2020

Gəncədə bədbəxt hadisə baş verib.
Editor.az xəbər verir ki, APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin Vəli Xuluflu küçəsində qeydə alınıb.

Belə ki, şəhər sakini 1990-cı il təvəllüdü Ə.H. “KamAZ”da qaynaq işləri apararkən avtomobilin yük yerinin altında qalıb. Nəticədə usta ağır xəsarət alıb.
Yaralı xəstəxanaya yerləşdirilib, onun vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Mövzunu Facebookda şərh et