Stilist Anardan Rozanın geyiminə reaksiya: “Heç nə görmürəm. Nəsə var ki ekranda?” – VİDEO

23:23 | 26 May, 2020

Dünya şöhrətli stilist və vizajist Anar Ağakişiyev ilə müğənni Roza Zərgərli arasında yaşanan qalmaqal yenidən alovlanıb.

ATV telekanalında yayımlanan “7 canlı” axşam şousunda qonaq olan A.Ağakişiyev verilişdə müğənnilərin geyimlərini müzakirə edib.

R.Zərgərlinin ekranda şəklini görən Anar üz ifadəsini 180 dərəcə dəyişərək, müğənnin “bostanına daş atıb”: “Qara ekrandır. Mən heç nə görmürəm. Nəsə var ki ekranda? Nəsə görürsüz orada? İnsanın əgər həyatına “skaçok” yazılıbsa, tez atırlar o yana, ondan qaça bilməz”.

Qeyd edək ki, Anar ilə Roza arasındakı qalmaqal “Maşın” realiti şousunda iştirak edərkən başlayıb. İkili daha sonra şou biznes proqramlarında bir-birinə savaş açaraq, dava ediblər.

 

//Oxu.az

Mövzunu Facebookda şərh et