“Ermənistan aydındır da, bu “bizimkilər“ nə istəyir?“ – Deputatdan Ramil Səfərovla bağlı xəbərə ETİRAZ

23:50 | 26 May, 2020

Milli Məclisin deputatı Tahir Mirkişili Avropa İnsan Hüquqları Məhkəməsinin cari ilin 26 may tarixli “Makuçyan və Minasyan Azərbaycana və Macarıstana qarşı” qərarı ilə bağlı yayılan informasiyanın düzgün olmadığını bildirib.

Millət vəkili məhkəmənin qərarının cəmiyyətə səhv çatdırıldığını qeyd edib: “Yalandır! Avropa İnsan Hüquqları Məhkəməsinin cari ilin 26 may tarixli “Makuçyan və Minasyan Azərbaycana və Macarıstana qarşı” qərarında Azərbaycanın heç bir təzminat ödəməsindən söhbət getmir!.

“Azerbaijan was to pay the applicants, jointly, 15,143.33 British pounds in respect of costs and expenses for the case” – yəni bu 15 min funt vəkillərin və məhkəmənin əməliyyat xərcidir. Ermənistan Ramil Səfərovun əfv fərmanının ləğv edilməsini və yenidən məhkəmə qurulmasını tələb edirdi, AMMA OLMADI… Ermənistan aydındır da, bu “bizimkilər” nə istəyir? Onlar nəyi və haranı işğal etmək istəyirlər?”.

//Editor.az

Mövzunu Facebookda şərh et