Validə Abbasova “Özümü saxlaya bilmədim” yazıb bu fotoları paylaşdı

14:38 | 27 May, 2020

“Miss Millennium Azerbaijan” titulunun sahibi Validə Abbasova açıq-saçıq görüntüsü ilə diqqətləri üzərinə cəmləyib.

Qızı Kamilla ilə birgə İsveçrənin Cenevrə şəhərində yaşayan cazibədar model koronavirusun təhlükə saçdığı günlərdə yaxta gəzintisinə çıxıb.

Seksual çimərlik geyimində dənizə girən Validə yaxtanın arxa hissəsində uzanaraq günəşlənib.

Fit və ideal bədən quruluşu ilə əks cins nümayəndələrinin diqqətini üzərinə çəkən V.Abbasova istirahətdən olan görüntülərini lentə alaraq 47,5 min “Instagram” hesabında “Karantindən sonra ilk günəş vannası. Özümü saxlaya bilmədim” başlığı ilə bölüşüb.

İzləyicilər top model V.Abbasovanı müsbət rəyləri ilə təriflərə qərq ediblər.

// Oxu.az

Mövzunu Facebookda şərh et