2 uşaq atası özünü tut ağacından asdı – İçki aludəçisi olub

15:28 | 27 May, 2020

Ucar rayonunda intihar hadisəsi qeydə alınıb.

Editor.az APA-ya istinadla xəbər verir ki, rayonun Qazyan kənd sakini, 1979-cu il təvəllüdlü Samir Mirsaab oğlu Əliyev bu gün səhər saatlarında həyətindəki tut ağacından özünü asıb.

Məlumata görə, 2 uşaq atası olan S. Əliyev içki aludəçisi olub. Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

Qazyan kənd icra nümayəndəsi İbrahim Xəlilov Oxu.az-a açıqlamasında bildirib ki, hadisə barədə səhər saatlarında xəbər tutublar:

“İntihar edən Qazyan kənd sakini, 1979-cu il təvəllüdlü Samir Mirsaab oğlu Əliyev problemli adam deyildi, sadəcə tez-tez spirtli içki qəbul edirdi. Deyilənə görə, neçə gündür dayanmadan içki içirdi. Yemək yemir, heç kimlə çox söhbət etmirdi. Özü də kəndin tibb məntəqəsində fəhlə kimi çalışırdı.

Axşam gəlib evə, içkili vəziyyətdə yatıb. Səhər özünü yaşadığı evin həyətindəki tut ağacından asıb. Biz də bu gün səhər saatlarında xəbər tutmuşuq. Düşünürük ki, hadisəni törədən zaman içkinin təsirində olub. İki azyaşlı uşağı qalıb. Hələ ki, nə üçün intihar etdiyi məlum deyil. Hadisə araşdırılır”.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

Mövzunu Facebookda şərh et