Moskvada sutkada 73 nəfər koronavirusdan ölüb

15:31 | 27 May, 2020

Ötən sutka ərzində Moskvada koronavirusa yoluxan daha 73 xəstə ölüb.

Editor.az Trend-ə istinadən xəbər verir ki, bu barədə koronavirus ilə bağlı vəziyyətə nəzarət etmək və monitorinq üzrə əməliyyat qərargahından bildiriblər.

Məlumatda deyilir: “Moskvada sətəlcəm diaqnozu qoyulan və koronavirus infeksiyası üçün edilən testi müsbət çıxan 73 xəstə ölüb”.

Ümumilikdə paytaxtda 2183 nəfər koronavirusdan ölüb.

Mövzunu Facebookda şərh et