Dünyanın ən sadiq futbol azarkeşlərinə malik klublarının SİYAHISI bəlli olub

15:39 | 27 May, 2020

Dünyanın ən sadiq futbol azarkeşlərinə malik klublarının siyahısı açıqlanıb.

Editor.az Apasport.az-a istinadən bildirir ki, İspaniyanın “Marka” nəşrinin səsvermə ilə müəyyənləşdirdiyi cədvəldə planetin 40 komandası yer alıb.

1 milyondan artıq azarkeşin səs verdiyi Mərakeş təmsilçisi “Raca” birinci yeri tutub. Misir klublarından “Əl-Əhli” ikinci, “Zamalek” üçüncü olub. Ən yaxşı Avropa klubu “Betis” siyahıda 5-ci yeri tutub.

Azərbaycan komandalarının düşmədiyi cədvəldə Türkiyəni iki klub təmsil edib. “Qalatasaray” 25-ci, “Fənərbaxça” 32-ci yerdə qərarlaşıb.

ƏTRAFLI
Project GLO
1. Raca (Mərakeş)
2. Əl-Əhli (Misir)
3. Zamalek (Misir)
4. Flamenqo (Braziliya)
5. Betis (İspaniya)
6. Liverpul (İngiltərə)
7. Esperans (Tunis)
8. Real (İspaniya)
9. Borussiya D (Almaniya)
10. Atletiko (İspaniya)
11. Barselona (İspaniya)
12. Atletik (İspaniya)
13. Boka Xuniors (Argentina)
14. Sevilya (İspaniya)
15. Kolo-Kolo (Çili)
16. Palmeyras (Braziliya)
17. Persepolis (İran)
18. River Pleyt (Argentina)
19. Valensiya (İspaniya)
20. Vidad (Mərakeş)
21. Seltik (Şotlandiya)
22. Napoli (İtaliya)
23. Korintians (Braziliya)
24. Milan (İtaliya)
25. Qalatasaray (Türkiyə)
26. Penyarol (Uruqvay)
27. Tiqres (Meksika)
28. Olimpiakos (Yunanıstan)
29. Şalke (Almaniya)
30. Milyonarios (Kolumbiya)
31. Ayntraxt (Almaniya)
32. Fənərbaxça (Türkiyə)
33. PSJ (Fransa)
34. Əl-Zaura (İraq)
35. Amerika (Meksika)
36. Mazembe (Konqo)
37. Nasyonal (Kolumbiya)
38. Qremio (Braziliya)
39. Nasyonal (Uruqvay)
40. Qvadalaxara (Meksika)

Mövzunu Facebookda şərh et