Ermənistanda sutka ərzində 372 nəfər koronavirusa yoluxub

15:51 | 27 May, 2020

Ermənistanda koronavirusa yoluxanların sayı 7 774 nəfərə çatıb.

Editor.az Trend-ə istinadən bildirir ki, son sutka ərzində 372 nəfərdə infeksiyaya yoluxma faktı aşkarlanıb. Bundan başqa, ötən gün 7 nəfərin ölümü qeydə alınıb.

Bu günədək Ermənistanda 98 nəfər koronavirusdan ölüb, 43 777 nəfərin müalicəsi isə davam edir.

Qeyd edək ki, ölkədə martın 16-dan elan edilən fövqəladə vəziyyət iyunun 13-dək uzadılıb.

Mövzunu Facebookda şərh et