Operativ Qərargah: Azərbaycanda daha 165 nəfər koronavirusa yoluxdu- 2 nəfər öldü

16:33 | 27 May, 2020

Azərbaycan Respublikasında 165 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınmış, 78 nəfər müalicə olunaraq sağalmış və evə buraxılıb.

Editor.az Operativ Qərargaha istinadən xəbər verir ki, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 1949 və 1957-ci il təvəllüdlü iki nəfər vəfat edib.

Hazırkı dövrədək ölkəmizdə 4568 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilmiş, onlardan 2897 nəfər müalicə olunaraq sağalmış, 54 nəfər vəfat etmiş, 1617 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Həmin şəxslərdən 49 nəfərin vəziyyəti ağır, 63 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.

Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 280.663 test aparılıb.

Mövzunu Facebookda şərh et