Bocelli koronavirusa yoluxduğunu açıqladıbackend

Bocelli koronavirusa yoluxduğunu açıqladı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dünyaca məşhur italyan tenor Andrea Bocelli koronavirus pandemiyasına yoluxduğunu açıqlayıb.

Editor.az qafqazinfo-ya istinadən xəbər verir ki, 61 yaşlı opera sənətçisi “La Stampa” qəzetinə müsahibəsində özü və ailəsinin mart ayında COVID-19 testindən keçdiyini, nəticələrin pozitiv çıxdığını bildirib.

“Konsertlərimi təxirə salmaq məcburiyyətində qaldım. Bir kabus yaşayırdım. Yatmağı unutmuşdum”,- deyə Bocelli bildirib.

O, artıq vəziyyətinin yaxşı olduğunu, virusdan xilas olduğunu qeyd edib.