backend

Millət vəkili: “Həmsədrlər baş girələməklə məşğuldurlar” MÜNASİBƏT

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“ATƏT-in Minsk qrupunun həmsədrlərinin vaxtaşırı dəyişdirilməsi baş girələməkdən başqa bir şey deyil. Bunları işə qoyurlar dünyanı gəzir, maaş alır və kef çəkirlər. Sonradan həmin insanları həmsədrlikdən çıxarıb başqa birisi ilə əvəzləyirlər. Yəni bununla heç bir şey dəyişmir”. Bunu açıqlamasında millət vəkili Elman Məmmədov deyib.
Onun sözlərinə görə, burada əsas məsələ dövlətin özünün Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə olan münasibətidir: “Onların münaqişəyə münasibəti artıq 25 ildir ki, gün kimi aydındır. ATƏT-in Minsk qrupunun hər üç ermənipərəst dövlətinin bir məqsədi var. Azərbaycana müxtəlif yollarla təzyiq göstərmək, ölkəmizi müxtəlif vasitələrlə təhrik etmək istəyirlərki məsələ işğalçı ölkənin xeyrinə həll olunsun. Ermənistanın istəyi isə növbəti dəfə Azərbaycanın ərazisinin bir hissəsini alıb rəsmi İrəvanın ərazisinin böyüdülməsidir. Təbii ki, həmsədr dövlətlər də bu istiqamətdə 25 ildən çoxdur çalışır. Azərbaycan həmsədr dövlətlərə qarşı mübarizə aparır ki, onların istədikləri olmasın. Çünki onların istədikləri ilə ermənilərin istədikləri eynidir. Biz ciddi cəhdlə çalışmalıyıq ki, burada vasitəçi dövlətlərin Minsk qrupu tərkibində heç olmasa sayı artsın”.
 
//SİA