Putin finlandiyalı həmkarı ilə koronavirusa qarşı mübarizədə əməkdaşlığı müzakirə edib

17:48 | 28 May, 2020

Rusiya prezidenti Vladimir Putinnin finlandiyalı həmkarı Sauli Niinistö ilə telefon danışığı olub.

Editor.az Trend-ə istinadən bildirir ki, telefon danışığı zamanı tərəflər yeni növ koronavirus infeksiyası ilə mübarizədə iki ölkənin müvafiq idarələri arasında faydalı əməkdaşlığın qurulduğunu qeyd ediblər.

Bildirilir ki, V.Putin və S.Niinistö həmçinin beynəlxalq və regional məsələlər, o cümlədən Arktika məsələsi ilə bağlı fikir mübadiləsi aparıblar.

Mövzunu Facebookda şərh et