Məşhurlar bir günlük sosial şəbəkələrdən imtina etdilər

22:12 | 28 May, 2020

Hollivud ulduzları sosial şəbəkələrdəki hesablarından bir günlük imtina edəcəklərini söyləyiblər.

Editor.az ted.az-a istinadən bildirir ki, onlar bu müddət ərzində şəxsi sosial şəbəkə səhifələrini koronavirus barədə faydalı informasiyalar paylaşa biləcək mütəxəssislərə həvalə edəcəklər.

Qeyd edilən kampaniya “Mikrofonu ver” adlanır.

Məşhur, bir neçə gündür təqdimatı aparılan kampaniyada Conni Briton, Culiya Roberts, Milli Bobbi Braun, Hyu Cekman, Salma Hayek və başqaları iştirak edəcəklər.

Mövzunu Facebookda şərh et