backend

Prezident Əfranla zarafatlaşdı – “Topu arxada çox saxlama” – Foto

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Prezident İlham Əliyevin Azərbaycan tarixində ilk dəfə Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanan “Qarabağ” klubunun heyəti ilə görüşünün qeyri-rəsmi hissəsində dövlət başçısının futbolçularla səmimi dialoqu da olub.
Editor.az xəbər verir ki, bu dialoqlardan biri prezidentlə son vaxtlar tənqidlərə məruz qalan Əfran İsmayılov arasında olub.
Belə ki, İlham Əliyev üzünü  futbolçuya tutaraq “Səni izləyirəm, yaxşı driblinqlərin və sürətin var” deyib.
Ölkə başçısının daha sonra “Topu cərimə meydançasının yanında və arxada çox saxlama” deməsi isə bütün komandanın gülüşünə səbəb olub.