backend

Polislər qəza törətdi – Yaralılar var

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Tovuzda iki polisin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
APA-nın verdiyi məlumata görə, rayonun Yuxarı Öysüzlü kəndində Tovuz rayon Polis Şöbəsinə məxsus xidməti avtomobil idarəetmədən çıxaraq, yolun kənarındakı maneəyə çırpılıb.
Nəticədə iki polis əməkdaşı,  rayon sakinləri – 25 yaşlı Xəyal Məmmədov və 26 yaşlı Arzu Qəhrəmanov müxtəlif bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib. Onlara tibbi yardım göstərilib. Vəziyyətlərinin normal olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.