PSJ-nin qapıçısı “Lamborghini” ilə ağır qəzaya düşdü

20:39 | 29 May, 2020

PSJ-nin qapıçısı Martsin Bulka ağır yol qəzası keçirib.

Editor.az qol.az-a istinadən xəbər verir ki, hadisə Polşanın Vışoqrud şəhəri yaxınlığında baş verib. 20 yaşlı polyak oyunçu özü xəsarət almayıb. Amma onun sürdüyü “Lamborghini Huracan Evo Spyder” maşını ciddi zərər görüb.

Məlumata görə, Bulka sürət həddini aşıb və qarşıdan gələn “Hyundai” avtomobili ilə toqquşub. Nəticədə həmin maşının 56 yaşlı sürücüsü və sərnişini xəstəxanaya çatdırılıb. Tibbi müayindən sonra isə evə buraxılıblar. Qəzanın bütün iştirakçıları anlaqlı vəziyyətdə olub.

Qeyd edilir ki, “Lamborghini” Bulkanın özünə məxsus olmayıb və o, avtomobili bir müddət əvvəl icarəyə götürüb.

Mövzunu Facebookda şərh et