Xorvatiya AI-nin 10 ölkəsinin vətəndaşlarının ölkəyə girişinə qoyulan məhdudiyyətləri qaldırdı

20:42 | 29 May, 2020

Xorvatiya koronavirus infeksiyasının yayılmasının qarşısını almaq məqsədi ilə tətbiq edilən Aİ-nin 10 dövlətinin vətəndaşlarının ölkəsinə girişinə qoyulan məhdudiyyətləri ləğv etdi.

Editor.az Trend-ə istinadən xəbər verir ki, baş nazir Andrey Plenkoviç hökumətin iclası zamanı bildirib.

“Avstriya, Macarıstan, Almaniya, Latviya, Litva, Polşa, Slovakiya, Sloveniya, Çexiya və Estoniya vətəndaşlarının ölkəyə girişinə icazə verilir”, – deyə Baş nazir vurğulayıb.

Hökumət başçısının sözlərinə görə, vəziyyət yaxşılaşdıqca vətəndaşlarının Xorvatiyaya girişə icazə verilən ölkələrin siyahısı genişlənəcək.

Mövzunu Facebookda şərh et