İranda atışma: ölənlər var

21:03 | 29 May, 2020

İranın Kürdüstan əyalətinin Sərdəşt sərhəd bölgəsində silahlı qruplaşma üzvləri ilə sərhədçilər arasında atışma qeydə alınıb.

Editor.az APA-ya istinadən xəbər verir ki, insident sərhədçilərin patrul xidməti yerinə yetirərkən sərhədi keçməyə cəhd edən silahlı dəstə arasında baş tutub.

Atışma nəticəsində silahlı şəxslərdən bir neçə nəfər öldürülüb.

Həmçinin İran sərhədçilərindən 3 nəfər həyatını itirib.

Mövzunu Facebookda şərh et