Qardaş 18 yaşlı bacısını diri-diri yandırdı – Olayın şok təfərrüatı

22:34 | 29 May, 2020

İranın Rəşt şəhərində qardaş 18 yaşlı bacısı və sevgilisini diri-diri yandırıb.

Editor.az Teleqraf.com-a istinadən xəbər verir ki, bu barədə İranın hüquq-mühafizə orqanları məlumat yayıb.

Məlumata görə, qardaşın evi yandırması nəticəsində içəridə olan sevgililər ağır xəsarətlərlə xəstəxanaya çatdırılıb. Lakin qızın həyatını xilas etmək mümkün olmayıb.

Hadisənin qısqanclıq zəminində baş verdiyi bildirilib. Belə ki, qardaş bacısının sevdiyi adamla evlənməsinə qarşı olub. Lakin bunu əngəlləyə bilməyib. Buna görə o, bacısı və sevdiyi şəxsin atasının evində olduğunu öyrəndikdən sonra ora gedib və evi yandırıb. Nəticədə 18 yaşlı qız və sevdiyi kişi ağır yanıq xəsarətləri ilə xəstəxanaya çatdırılıb.

Qızın öldüyü bildirilsə də, sevgilisinin vəziyyətinin necə olduğu barədə məlumat verilməyib.

Qardaş hadisədən qısa müddət sonra həbs edilib. O

Mövzunu Facebookda şərh et