ABŞ təyyarəsi sərhədə yaxınlaşdı – Gərginlik

23:15 | 29 May, 2020

Qərbi Aralıq dənizində ABŞ-a məxsus P-8A kəşfiyyat təyyarəsinin Suriya sərhədlərinə yaxınlaşması gərginliyə səbəb olub.
Editor.az Axar.az-a istinadən xəbər verir ki, buna qarşılıq olaraq Rusiyanın Suriyada yerləşən Su-35 tipli 2 qırıcı təyyarəsi havaya qaldırılıb.

Bildirilir ki, Rusiya qırıcıları ABŞ təyyarəsinin hər iki qanadına təhlükəli şəkildə yaxınlaşıb. Havada gərginlik 1 saata kimi davam edib.

Su-35-lər ABŞ təyyarəsi bölgədən uzaqlaşdıqdan sonra geriyə qayıdıb.

Mövzunu Facebookda şərh et