Elçin Sanqunun Esra Erola cavabı trend oldu

23:16 | 29 May, 2020

Türkiyəli aparıcı Esra Erol sosial məsələlərin qabardıldığı verilişində ərini evdə qoyub qaçan “Elçin Ulu” adlı qadının adını canlı yayımda “Elçin Sanqu” deyə təqdim edib.
Editor.az axşam.az-a istinadən xəbər verir ki, aktrisa isə Esranın səhvinə zarafatla cavab verib.

E.Sanqu həyat yoldaşı tərəfindən tərk edilən Mustafa adlı şəxsin “Həyat yoldaşım evdəki böyük qaz balonunu da götürüb qaçıb” sözlərini nəzərdə tutaraq Tvitterdə “Qaz balonu bahalıdı, neyləyəydim? Almadan qaçaydım?” deyə, bildirib.

Sənətçinin bu sözləri qısa zamanda sosial şəbəkələrdə trend olub.

Qeyd edək ki, E.Sanqu “Kiralık aşk” serialı ilə məşhurlaşıb. O, daha sonra “Yaşamayanlar”, “Çarpışma” kimi ekran işlərində çəkilib.

Mövzunu Facebookda şərh et