Yaponiyada güclü zəlzələ oldu

23:42 | 29 May, 2020

Yaponiyanın Hönsü adasındakı Qifu şəhərində 5,2 bal gücündə zəlzələ olub.

Editor.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə Yaponiya Meteorologiya Agentliyi məlumat yayıb.

Bildirilir ki, zəlzələ yerin 10 kilometr dərinliyində meydana gəlib.

Bölgə üçün sunami xəbərdarlığı edilməyib.

Mövzunu Facebookda şərh et