Sevda Yahyayeva nişanlısı ilə yeni FOTOlarını paylaşdı

23:44 | 29 May, 2020

Müğənni Sevda Yahyayeva həkim nişanlısı Zakir Bayramovla yeni fotolarını paylaşıb.

Editor.az Axşam.az-a istinadən xəbər verir ki, cütlük birlikdə restoranda dostları ilə görüşüblər. Sevda bölüşdüyü şəkillərə “Ümid var olduqca yeni başlayan hər gün gözəldir” şərhini yazıb.

Qeyd edək ki, Sevdanın “həri” mərasimi bu ilin martında baş tutub. Koronavirus səbəbilə onun elə həmin aya planlaşdırılan nişanı baş tutmayıb.

Mövzunu Facebookda şərh et