backend

Respublika stadionunun arxasında ağaclar qırılır – Nazirlik işə qarışdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ekologiya və Təbii Sərvətlər Nazirliyinə Nərimanov rayonu, Tofiq Bəhramov adına Respublika stadionunun arxasında ağacların məhv edilməsi ilə bağlı daxil olan şikayət Nazirliyin əməkdaşları tərəfindən yerində araşdırılıb.
Editor.az-ın nazirliyin saytına istinadən məlumatına görə, əraziyə keçirilən baxış zamanı təxminən 600-700 m2 yaşıllıq sahəsində köküstə müxtəlif diametrli və iri gövdəli ümumilikdə 19 ədəd ağacın (16 şam və 3 ayland) yandırılaraq quruma dərəcəsinə qədər zədələndiyi məlum olub.
Faktla bağlı təqsirkar şəxs və ya şəxslərin müəyyən edilərək məsuliyyətə cəlb olunması məqsədilə Bakı Şəhər Baş Polis İdarəsinə müraciət olunub.