TƏBİB: Xarici ölkələrdə yoluxmanın qarşısının alınması üçün ciddi cərimələr tətbiq edilir

23:54 | 29 May, 2020

Xarici ölkələrdə yoluxmanın qarşısının alınması üçün ciddi cərimələr tətbiq edilir. Biz də sanitar-epidemioloji göstəricilərin yaxşılaşması üçün sərt cərimələrin tətbiq edilməsinin tərəfdarıyıq.

Editor.az Trend-ə istinadən bildirir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib.

Onun sözlərinə görə, ictimai qınağı gücləndirmək lazımdır: “Lakin təəssüf ki, biz bunu hələ görmürük. Qaydaların pozuntusunu görən şəxslər onu anonim şəkildə təqdim edə bilərlər. Biz də buna uyğun addımlar atacağıq”.

Mövzunu Facebookda şərh et