Ramin Bayramlı: Həftə sonları xüsusi karantin rejimi tətbiq edilə bilər

23:56 | 29 May, 2020

Həftənin şənbə və bazar günlərində xüsusi karantin rejiminin tətbiq edilməsi mümkün ola bilər.

Editor.az Trend-ə istinadən bildirir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib.

O bildirib ki, bununa bağlı xüsusi alqoritmlər də var: “Epidemioloji vəziyyətdən asılı olaraq, növbəti günlərdə həftə sonları və iyun ayında olacaq bayram günləri ərzində ümumi qapanışa gedə bilərik”.

Mövzunu Facebookda şərh et