Koronavirus xəstələrinin evdə qalması məcburi olacaq

23:57 | 29 May, 2020

“Asiptomatik xəstələrin evdə müalicəsi üçün sənəd hazırlanır”.
Editor.az report-a istinadən xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində çıxışı zamanı deyib.

O bildirib ki, Bakı şəhərində doluluq faizinin artması bu halı məcburi edə bilər:
“Protokollar hazırlanır və sahə poliklinikalarına göndəriləcək. Virus aşkar edilən şəxslərin evdə qalması məcburi olacaq və qaydanı pozanlar cərimələnəcək”.

Mövzunu Facebookda şərh et