Latviya Rusiyadan bir addım da uzaqlaşdı

12:43 | 30 May, 2020

Latviyanın dövlət telekanalı rus dilində yayımı dayandırır.

Bu barədə “Sputnik” xəbər yayıb.

2020-ci ilin əvvəllərində ölkədə “Birinci Baltik kanalı”nın rusdilli auditoriyası üçün xəbər platforması bağlanmışdı. 2021-ci ildən etibarən LTV7 kanalı da rus dilində xəbər yayımını dayandıracaq.

Məlumata görə, milli azlıqlar ünün kontent internetdə lsm.lv bazasında xüsusi platformaya köçürüləcək, LTV7 isə tam latış dilli kanal olacaq.

Mövzunu Facebookda şərh et