Azərbaycanda polis bıçaqlandı

12:53 | 30 May, 2020

Bərdə rayonunda polis əməkdaşına xəsarət yetirilib.

Bu barədə Oxu.Az-a hüquq-mühafizə orqanlarından məlumat verilib.

Rayonun Qaradəmirçi kəndində Bərdə Rayon Polis Şöbəsinin əməkdaşı Eşqin Məmmədov xidməti vəzifəsini yerinə yetirərkən bıçaqlanıb.

Polislə bərabər bir qadın da bıçaq xəsarətləri alıb.

Mövzunu Facebookda şərh et