Neymarın anası 22 yaşlı sevgilisi ilə BARIŞDI

00:46 | 31 May, 2020

Fransanın PSJ və Braziliya milli komandasının hücumçusu Neymarın anası Nadine Gonçalves yenidən 22 yaşlı sevgilisi Thiago Ramos ilə barışıb.

Editor.az “Ölkə.az”-a istinadən xəbər verir ki, aprelin 12-də Nadine İnstaqram səhifəsində Ramosla birlikdə fotosunu paylaşaraq öz sevgisini etiraf edib. Bundan sonra Neymar anasının bu qərarını dəstəklədiyini bildirib. Lakin iki həftədən sonra cütlüyün ayrılması haqqında xəbərlər yayılıb.

“The Sun” nəşrində dərc olunan məlumata görə, ayrılığa səbəb Ramosun kişilərlə olan intim münasibətləri olub.

Lakin bir müddət keçdikdən sonra 53 yaşlı qadın sevgilisini bağışlayaraq ona yenidən şans verib.

Mövzunu Facebookda şərh et