Bir gündə 8 minə yaxın insanın virusa yoluxduğu ölkədən ŞOK AÇIQLAMA: Baş nazir zəfər elan edir

00:53 | 31 May, 2020

Virusla mübarizədə zəfər yolundayıq.

Bu sözləri Hindistanın Baş naziri Narendra Modi deyib.

Hökumətinin ikinci xidmət dövrünün ilk ili münasibətilə açıq məktub yazan baş nazir ölkəsinin virusla mübarizədə uğur əldə etdiyini bildirib.

O, Hindistanın post-pandemiya dövründə iqtisadi canlanma nümunəsi təşkil edəcəyini, işlərini itirən milyonlarla miqrantın isə çəkdiyi əziyyəti anladığını dilə gətirib.

Qeyd edək ki, Hindistanda son 24 saat ərzində 7 min 964 nəfər koronavirusa yoluxub, 265 nəfər ölüb.

//publika

Mövzunu Facebookda şərh et