“Bavariya” rəqibini darmadağın etdi

00:58 | 31 May, 2020

Futbol üzrə Almaniya çempionatının 29-cu turu çərçivəsində Münhen şəhərinin təmsilçisi “Bavariya” Düsseldorfdan “Fortuna”nı qəbul edib.

Editor.az Trend-ə istinadən bildirir ki, oyun meydan sahibinin 5:0 qələbəsi ilə yekunlaşıb.

Oyunda qolları Çetias Yorqensen (15-ci dəqiqə, avtoqol), Benjamen Pavar (29-cu dəqiqə), Robert Levandovski (43-cü və 50-ci dəqiqələr) və Alfornso Devis (52-ci dəqiqə) vurublar.

Mövzunu Facebookda şərh et