Dəhşətli qəzada ölən tələbələrdən yazmayın! – Rektordan jurnalistlərə qadağa

17:00 | 13 Mart, 2017
Sumqayıt Dövlət Universitetinin rektoru bir müddət əvvəl dəhşətli qəzada həıak olan 5 tələbələri haqda yazı hazırlamağa icazə vermir. .
Lent.az-ın əməkdaşı martın 9-da Bakı-Sumqayıt yolunda baş vermiş qəza zamanı dünyasını dəyişmiş gənclərlə bağlı reportaj hazırlamaq, onların tələbə yoldaşları ilə söhbət edib xatirələrini yazmaq üçün SDU-ya getmək istəsə də, universitetin rektoru buna icazə verməyib.
Universitetdən bildirilib ki, rektor Elxan Hüseynov jurnalistlərin təhsil ocağına gəlib hadisə ilə bağlı yazı hazırlamasına və dünyasını dəyişmiş gənclərin tələbə yoldaşları ilə görüşməsinə razı deyil.
   //Editor.az