backend

Azərbaycanlılar Rusiyada toyda atışdılar

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyanın Sverdlovsk vilayətinin Serov şəhəri yaxınlığında yerləşən Energetik qəsəbəsində azərbaycanlılar dava salaraq atəş açıblar.
 
hadisə qəsəbədəki mədəniyyət evinin qarşısında baş verib. Gecə vaxtı sakinlər küçədə atəşfəşanlıq olduğunu zənn ediblər, lakin sonradan məlum olub ki, odlu silahdan atəş açılır.
“İki “Porsche Cayenne” markalı avtomobildə olan adamlar nəyisə bölüşdürə bilməyiblər və artıq onlardan biri çıxıb getməyə hazırlaşarkən, digəri atəş açıb. Polisə zəng etdik, dedilər ki, adamlarını göndərirlər. Hadisənin baş verdiyini bilə-bilə onlar niyə özləri bura gəlmir? Mədəniyyət idarəsindən bildirdilər ki, hadisə mədəniyyət evinin ərazisində baş verməyib. Dedilər ki, axı biz tolerantıq!”, – “Qlobus” portalı hadisə şahidinin dediklərini yazıb.
Sosial şəbəkədə yerli sakin Şahin Rüstəmov qeyd edib ki, toyda azərbaycanlılar olub və onlar hadisə yerindən kənara çəkilərək, “məsələni həll etməyə” razılaşıblar. Polis bu barədə daha sonra rəsmi məlumat yayacağını bildirib.
//virtualaz.org