Milli Məclisin verilişi olacaq — Spiker AÇIQLADI

15:42 | 1 İyun, 2020

Telekanalların birində Milli Məclisin fəaliyyətini işıqlandıran proqram yayımlanacaq.
Payız sessiyasından etibarən telekanallarından birində Milli Məclisin fəaliyyətini işıqlandıran 1 saatlıq proqram yayımlanacaq.

Bunu spiker Sahibə Qafarova deyib. O bildirib ki, hazırda bu istiqamətdə iş gedir.

Qeyd edək ki, bu gün keçirilən iclasda deputat Azər Kərimli Milli Məclisin və deputatların fəaliyyətini işıqlandırılması ilə bağlı telekanal yaradılması və yaxud da telekanallarda xüsusi proqramların yaradılması təklifi ilə çıxış edib.

//Olke.az

Mövzunu Facebookda şərh et