Ata 3 yaşlı oğlunu 1 saat paltaryuyan maşınında saxladı, həbs olundu

15:45 | 1 İyun, 2020

Oğlunu 1 saat boyunca paltaryuyan maşının içində saxlayan kişi saxlanılıb.

Editor.az Sputnik Türkiyəyə istinadla xəbər verir ki, olay Yaponiyada, Hitaçnaka şəhərində yaşanıb. 37 yaşlı Kenichi Hoshino adlı kişi 3 yaşlı oğlunu 90 dəqiqə boyunca paltaryuyan maşının içində saxlayıb.

O, daha sonra təcili tibbi yardım çağıraraq övladını xilas etməyi xahiş edib. Kişi ilk ifadəsində səhvini boynuna almasa da, ikinci ifadəsində bunu qəsdən etdiyini açıqlayıb.

Mövzunu Facebookda şərh et