Ermənistanda koronavirusdan ölənlərin sayı 139 nəfərə çatıb

16:49 | 1 İyun, 2020

Ermənistanda koronavirusa yoluxanların sayı 9 492 nəfərə çatıb.

Editor.az Trend-ə istinadən xəbər verir ki, son sutka ərzində 210 nəfərdə infeksiyaya yoluxma faktı aşkarlanıb. Bundan başqa, ötən gün 8 nəfərin ölümü qeydə alınıb.

Bugünədək Ermənistanda 139 nəfər koronavirusdan ölüb, 5 861 nəfərin müalicəsi isə davam edir.

Xatırladaq ki, ölkənin baş naziri Nikol Paşinyan da koronavirusa yoluxub.

Qeyd edək ki, ölkədə martın 16-dan elan edilən fövqəladə vəziyyət iyunun 13-dək uzadılıb.

Mövzunu Facebookda şərh et