Şöbə müdiri sahibkarların cərimələnməsini TƏKLİF ETDİ: Bu, daha vacibdir

16:59 | 1 İyun, 2020

“Son günlər 200-dən çox yoluxma halı qeydə alınır. İki, üç həftə bundan əvvəl biz deyirdik ki, “400-ə yaxın aktiv koronavirus xəstəsi var. Belə davam edərsə, ehtimalla bir aya ölkəmizdə koronavirusa yoluxmuş aktiv xəstələrin sayı sıfır olacaq”. Amma təəssüflə qeyd etmək kazımdır ki, karantin tədbirləri yumşaldılandan sonra biz artımı gözləsək də belə, bu qədər olacağını gözləmirdik”.

Bunu Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin şöbə müdiri Nabil Seyidov “ATV Qərargah” proqramında deyib.

Həkim iaşə obyektlərinə, qapalı məkanlara maskasız daxil olan insanlarla yanaşı sahibkarların da cərimələnməsini təklif edib:

“Hamı ümid edirdi ki, insanlar sosial məsuliyyətini ortaya qoyub, həm özlərinin qorunma refleksini nümayiş etdirməlidir. Ən azından maska taxıb, sanitar-gigiyenik normalara riayət etməklə yoluxma sayında artım müşahidə etsək də bu qədər artım olmamalı idi. Amma təəssüflə qeyd etmək lazımdır ki, vətəndaşlarımız maskadan istifadə etmir. Bir misal gətirim, dünən mən bir iaşə obyektinə daxil olanda içəridə təxminən 50-70 adam var idi. Məndən başqa heç kəs maska taxmamışdı. Mən özümü orada yad pıanetdən gələn insan kimi hiss etdim. Məsuliyyət vətəndaşla yanaşı, həmin obyektin sahibinin üzərinə də qoyulmalıdır. Vətəndaşı cərimə etmək bir məsələdir. Mən hesab edirəm ki, bu, effektivdir, amma çox effektiv deyil. Sahibkarı cərimələmək, sahibkarın məsuliyyətini artırmaq daha vacibdir, daha effektivdir. Çünki 50-70 adam sıx, balaca bir yerdə bir-birinin üzərinə nəfəs alırdılar. Heç birində maska yox idi. Bu, məsuliyyətsizliyi göstərir. Sonra da insanlar deyir ki, nəyə görə yoluxma artır”.

//milli.az

Mövzunu Facebookda şərh et