Nazirlər Kabinetində yeni təyinatlar olub – SİYAHI

17:45 | 1 İyun, 2020

Nazirlər Kabineti Aparatının strukturunda yeni təyinatlar olub.

Bu barədə Nazirlər Kabinetinin Mətbuat Xidmətinin rəhbəri İbrahim Məmmədov məlumat verib.

Belə ki, Xalid Qasımlı Nazirlər Kabineti Aparatının Hüquq və qanunvericilik şöbəsinin müdiri, Niyazi Rəhimov Nazirlər Kabineti Aparatının Sosial məsələlər şöbəsinin müdiri, Musa Pənahov Nazirlər Kabineti Aparatının Nəqliyyat, kommunikasiya və innovasiya şöbəsinin müdiri təyin ediliblər.

//Report

Mövzunu Facebookda şərh et